Xəzər Xəbər

Sürücülər təmir olunan yolda cərimə ediliblər - ŞİKAYƏT və RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:43 • 7 Oktyabr 2024
Sürücülər təmir olunan yolda cərimə ediliblər - ŞİKAYƏT və RƏSMİ CAVAB

Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunda təmir işləri aparıldığı üçün dəmir hasarlar qoyulub. Orada rahat hərəkət edə bilməyən sürücülər isə qoşa xəttin tələbini pozaraq əks yola çıxmağa məcbur olurlar.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər iddia edirlər ki, təmirlə bağlı yaranan vəziyyətdə əks yola çıxdıqları üçün cərimə olunublar.

Sürücülər onlara gələn cəriməni əsassız sayırlar.

Yolun bu halda olmasına səbəb isə ərazidəki kanalizasiya xətlərinin yenilənməsidir.

Sürücülərə yazılan cərimələrlə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər"ə bildirildi ki, həmin yoldakı təmirlə bağlı heç kimə cərimə tətbiq olunmur. Cərimə yazılan sürücülər isə təmir olunan yerə çatmadan nişanın tələbini pozanlardır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, ərazidə layihəyə uyğun olaraq kanalizasiya xətlərinin dəyişdirilməsi və yenilənməsi işləri aparılır. Qaydalara uyğun olaraq işlər müəyyən məsafəyə qədər başa çatmalıdır ki, asfat qatının bərpası üçün müraciət ünvanlansın. Həmin hissənin asfat örtüyünün bərpası da təmir-tikinti işləri müvafiq məsafədə tamamlandıqdan sonra həyata keçiriləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti