Xəzər Xəbər

Gədəbəydə evdə partlayış olub, xəsarət alan var VİDEO

Veb TV | 20:36
Gədəbəydə evdə partlayış olub, xəsarət alan var

Gədəbəydə evdə partlayış olub, nəticədə qadın xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Parakənd kəndində baş verib.

Evin hamam otağında qaz sızması nəticəsində su qızdırıcısı partlayıb. 

Hadisə nəticəsində kənd sakini, 28 yaşlı Aytəkin Cəfərova bədənin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərindəki Abbas Səhhət adına 1 saylı xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən aidiyyəti xəstəxanaya göndərilməsi nəzərdə tutulub. 

Qadının həyat yoldaşı bildirib ki, hadisə həyat yoldaşı vanna otağında olarkən baş verib. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Çox oxunanlar