Xəzər Xəbər

Ucarda sakinlər çıxılmaz vəziyyətdə - Nə avtovağzal var, nə də taksi dayancağı VİDEO

Veb TV | 21:40 • 6 Oktyabr 2024
Ucarda sakinlər çıxılmaz vəziyyətdə - Nə avtovağzal var, nə də taksi dayancağı

Ucarda sakinlər çıxılmaz vəziyyətdə qalıblar.

Xezerxeber.az xəbər veirr ki, sərnişinlər yayda istidə, qışda da soyuq və yağışlı havada yol kənarında gözləməli olurlar. Səbəb şəhər ərazisində yerləşən avtovağzalın sökülməsidir.

Sürücü və sərnişinlər üçün digər narahatlıq isə magistral yolun kənarında dayanma və durmanın qadağan olunmasıdır. Cərimə tətbiq edildiyi üçün heç bir nəqliyyat vasitəsi orada saxlamır.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir sıra rayon və məntəqələrə birbaşa müntəzəm avtobus reysləri mövcud deyil. Çoxsaylı vətəndaş müraciətini, eləcə də sərnişinlərin məmnunluğunu təmin etmək məqsədilə bu məntəqələrə getmək istəyən vətəndaşlara daşıyıcıların da rentabelliyi nəzərə alınmaqla imkan yaradılıb. Ucar da aralıq məntəqəsi kimi müəyyən edilib. Ucara səfər etmək üçün Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Mahruzlu və Bakı-Qaradağlı reyslərinin imkanlarından yararlanmaq mümkündür.

Ərazidə dayanan sürücülərin cərilənməsini isə Baş Dövlət Yol Polisi İdarəsi belə izah edib.

O, da bildirilib ki, qanunvericiliyin tələbinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və  ya 5.12,  5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrin dayanma və durması qayda pozuntusudur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti