Xəzər Xəbər

Dövlət nömrə nişanında 1 rəqəmin fərqinə görə, başqasının cəriməsi ona gəldi... VİDEO

Veb TV | 21:35 • 6 Oktyabr 2024
Dövlət nömrə nişanında 1 rəqəmin fərqinə görə, başqasının cəriməsi ona gəldi...

Abşeron sakininə başqasının cəriməsi gəlib.

Məsələ ilə əlaqədar "Xəzər Xəbər"ə müraciət edən Elşən Səfərov deyir ki, başqasına məxsus avtomobilə yazılmalı olan 20 manat cərimə ona gəlib. Şikayətçinin sözlərinə görə, cərimənin tətbiq edildiyi müddətdə isə onun avtomobili ümumiyyətlə hərəkətdə olmayıb.

Elşən Səfərovun sözlərinə görə, cərimə tətbiq edilməli olan nəqliyyat vasitəsi ilə onun avtomobilinin dövlət nömrə nişanında 1 rəqəmin fərqi var. O, yaranmış problemi aradan qaldırmaq məqsədilə aidiyyəti üzrə həm zəng, həm də onlayn müraciət edib.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. İdarədən "Xəzər Xəbər"ə bildirildi ki, cəriməni Yerüstü Nəqliyyat Agentliyi tətbiq edib.

Agentlikdən isə qeyd olundu ki, məsələnin araşdırılması üçün vətəndaş rəsmi qaydada onlara müraciət etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti