Xəzər Xəbər

Azərbaycanda gənclərin kriminal aləmə meyl etmələrinin səbəbi nədir? VİDEO

Veb TV | 21:25 • 6 Oktyabr 2024
Azərbaycanda gənclərin kriminal aləmə meyl etmələrinin səbəbi nədir?

Son vaxtlar cinayətə meyl edən, qaydaları pozaraq bunu sosial şəbəkələrdə paylaşmağa maraq göstərən gənclərin sayı artıb.

Mövzu ilə bağlı vətəndaşlar arasında sorğu keçirərkən qarşımıza çıxan bu şəxs də bizi xeyli təəccübləndirdi:

“İstəməzdim mənim burada adım çəkilsin. Məni görən bilən hamı tanıyır, bilir”.

Onun sözlərinə görə, kriminal aləmə meyl etməsinin bəzi səbəbləri var.

26 yaşlı bu şəxs kimi hazırda müxtəlif yaş qruplarında olan gənclərimiz var ki, kriminal aləmə meyl edirlər.

Digər vətəndaşların isə gənclərin cinayətə meyilli olmalarına və bunu sosial şəbəkələrdə ictimailəşdirməsinə münasibəti birmənalıdır.

Mütəxəssislər deyirlər ki, bu məsələdə də hər şey ailə tərbiyəsindən, övlada münasibətdən başlayır.

Psixoloq Esmira Qafarovanın sözlərinə görə, yeniyetmələrdə kriminal aləm bərədə yalnış stereotiplər var. Amma bunun qarşısını almaq üçün xüsusi cəza, cərimə metodları olmalıdır.

Psixoloq hesab edir ki, yeniyetmələrin kriminal aləmə meyillənmələri həm də cəmiyyətin müxtəlif sahələrindəki boşluqlardan irəli gəlir. Ona görə də ailələrlə, yeniyetmələrlə psixoloqların, sosial işçilərin çalışmaları vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti