Xəzər Xəbər

Milli Məclisin bir qrup deputatı Ceyhun Bayramova niyə müraciət edib? VİDEO

Veb TV | 20:55 • 6 Oktyabr 2024
Milli Məclisin bir qrup deputatı Ceyhun Bayramova niyə müraciət edib?

Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər.

Xezerxeber.az xəbər verir ki, ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.

Bu  ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə cavab olaraq, Milli Məclisin 43 deputatının Xarici İşlər Naziri Ceyhun Bayramova ünvanladığı məktubda deyilir.

Bildirilib ki, Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın məsuliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranıb. Millət vəkili Tural Gəncəliyev vurğulayıb ki, bu kimi addımlar sülh muqaviləsinin imzalanmasına maneə kimi qiymətləndirilə bilər.

Millət vəkili Pərvanə Vəliyeva da bildirib ki, ABŞ Cop-u siyasiləşdirir. İnsan hüquqları və demokratiya kartını təyziq vasitəsi kimi istifadə edir.

Dövlət Departamentini Azərbaycana və onun Prezidentinə təzyiq göstərməyə çağıran konqresmenlərə xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə, böhtana boyun əyməyib və heç bir iftira, heç bir hədə onun iradəsinə zərrə qədər belə təsir edə bilməz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar