Xəzər Xəbər

Əmlakın könüllü sığortasına maraq artır VİDEO

Veb TV | 21:51 • 5 Oktyabr 2024
Əmlakın könüllü sığortasına maraq artır

Son vaxtlar daşınmaz əmlakın icbari sığortası ilə yanaşı, könüllü sığortasına da maraq artmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, əmlakını könüllü sığorta etdirənlər əsasən evlərini kirayəyə verən şəxslərdir.

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, icbari sığorta yalnız daşınmaz əmlaka dəyən zərəri kompensasiya edir və daşına bilər əmlakın heç birinə təminat vermir. Evdə daşınan əmlaka təminat almaq üçün sahibkarlar əmlak sığortasının könüllü növündən istifadə edirlər.

Ekspert deyir ki, daşınar əmlakın könüllü sığortasının illik sığorta haqqı elə də çox deyil və dəyərinin 2-3%-i qədərdir.

Vüsal Bədəlov onu da qeyd edib ki, bu tendensiyanın artması ev sahibi ilə kirayəşin arasında mübahisələri azalda bilər.

Qeyd edək ki, xüsusilə xarici təcrübədə daşınar əmlaka dəyən zərər riskini qarşılamaq üçün ev sahibləri kirayəşindən əvvəlcədən müəyyən məbləğdə depozit tələb edirlər. Hələlik həmin təcrübədən ölkəmizdə çox istifadə edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti