Xəzər Xəbər

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır VİDEO

Veb TV | 21:27 • 5 Oktyabr 2024
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır. Bununla yanaşı, heyvanlara rəhmsiz rəftarı təbliğ edənlər də cərimələnəcək.

Hüquqşünas Ramil Süleymanov "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, heyvanlarla rəhmsiz rəftar edilməsinə görə 500 manatadan 800 manatadək cərimə nəzərdə tutulur.

Xezerxeber.az-ın məlumatına görə, Ramil Süleymanov deyir ki, heyvanlara zülmü təbliğ edən şəxslər hətta həbs edilə bilər.

Xatırladaq ki, sözügedən qanunlar İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti