Xəzər Xəbər

Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar işçi qrup yaradılıb  VİDEO

Veb TV | 21:30 • 4 Oktyabr 2024
Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar işçi qrup yaradılıb 

Xəzər dənizində suyun səviyyəsinin ildən-ilə düşməsi narahatlıq doğuran məqamlardandır. Artıq bu problemin həll olunması istiqamətində mühim addım atılır.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaradılıb.

İşçi qrupun tərkibi mühüm dövlət qurumlarından ibarətdir.

İşçi qrup Xəzər dənizinin dayazlaşması ilə ələqadar tədqiqatlar aparacaq.

Həmçinin sahilyanı zonalara mənfi təsirləri azaltmağa yönəlmiş digər tədbirləri özündə əks etdirən fəaliyyət planı hazırlanacaq. Qeyd edək ki, hazırda Xəzər dənizinə tökülən çayların ən böyük hissəsi Volqanın payına düşdüyünə görə ilk olaraq işlərə Rusiya ilə başlanılıb. Gələcəkdə isə bu plan çərcivəsində digər Xəzəryanı ölkələr də prosesə cəlb oluna bilər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti