Xəzər Xəbər

Polis qazaxıstanlı qızı Azərbaycanda dələduzluq edərkən necə ələ keçirdi? – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:55 • 3 Oktyabr 2024
Polis qazaxıstanlı qızı Azərbaycanda dələduzluq edərkən necə ələ keçirdi? – TƏFƏRRÜATLAR

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən daha 1 nəfər saxlanıb.

Xezerxeber.az xəbər verir ki, yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Belə ki, paytaxt sakini olan 88 yaşlı bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxlaması və gəlininin yol-nəqliyyat hadisəsi törətdiyini deməsi, daha sonra mənzilə gələn naməlum şəxsə 4000 manat verməsi barədə polisə müraciət edib.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində qeyd edilən qanunsuz əməllərə cəlb olunmaqda şübhəli bilinən Qazaxıstan vətəndaşı 21 yaşlı Korlan Berdimurat saxlanıb. Saxlanılan gənc cinayətkar dəstədə kuryer olduğunu bildirib. Bunun üçün o, qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə yaşadığı Çexiyadan Bakı şəhərinə gəldiyini deyib.

Korlan Berdimurat "Telegram" sosial şəbəkəsində əlaqə qurduğu naməlum şəxslərin göndərdiyi Bakı Şəhərindəki ünvanlara yollanaraq pulları zərərçəkənlərdən qəbul edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti