Xəzər Xəbər

Ağdərədə yeni insan qalıqları AXTARILIR VİDEO

Veb TV | 22:45 • 3 Oktyabr 2024
Ağdərədə yeni insan qalıqları AXTARILIR

Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib, həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin nəşlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Xəbər verdiyimiz kimi, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Xarici qonaqlar Ağdərənin Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.

Qeyd edilib ki, ötən ay Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlum olan koordinatlar üzrə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb. Həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir.

Qonaqlar Şuşa şəhərində də olublar. Onlara Şuşa türməsi və ətrafında olan məzarlıqlar barədə məlumat verilib.

Onlar burada işğal dövründə dağıdılan tarixi abidələri ziryarət  ediblər. Şuşada aparılan tikinti quruculuq işləri ilə də tanış olublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti