Xəzər Xəbər

1-ci sinif şagirdi nadinc olduğu üçün sinifdən kədarlaşdırılır – İddialara RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:30 • 3 Oktyabr 2024
1-ci sinif şagirdi nadinc olduğu üçün sinifdən kədarlaşdırılır – İddialara RƏSMİ CAVAB

Birinci sinif şagirdi nadinc olduğu iddiası ilə məktəbdən kənarlaşdırılır...

Xezerxeebr.az-ın xəbərinə görə, şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi rayonunda yerləşən İlqar Əbilhəsənov adına 42 nömrəli məktəbin direktoru 1-ci sinfində təhsil alan şagirdini dərsdə həddindən çox hərəkət etdiyinə görə məktəbdən kənarlaşdırır.

Onun sözlərinə görə, şagird daha əvvəl bağçaya və məktəbəqədər hazırlıq qruplarına gedib, lakin belə bir problemlə qarşılaşmayıb. O bildirir ki, direktorla yanaşı, şagirdə dərs deyən müəllim, həmçinin valideynlər də uşağın dərsə gəlməsindən narazıdırlar.

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən məktəbin 1c sinif şagirdi nizam-intizam qaydalarına tabe olmadığından onu tədris prosesinə cəlb etmək mümkün deyil. Sinfin digər valideynləri şagirdin tədris prosesini ciddi şəkildə pozduğundan şikayətlənir və bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar. Şagirdin valideyni ilə bu haqda dəfələrlə söhbət aparılıb. İdarədən o da bildirilib ki, məktəbin psixoloqu şagirddə davranış pozuntusu olması ilə bağlı rəy verib. Məktəb rəhbərliyi tərəfindən şagirdlə bağlı müvafiq qərarın verilməsi üçün psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət ediləcək.

Təhsil ekspertləri isə bildirirlər ki, psixoloji-tibbi-pedaqoji komissiyayanın rəyi olmadan hər hansı bir şagirdin təhsildən kənarlaşdırılması özü də bir qanun pozuntusudur.

Ekspert bildirib ki, psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi olsa belə, şagird alternativ təhsilə cəlb olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti