Xəzər Xəbər

İqlim dəyişikliyi ciddi təhlükələrə yol açır VİDEO

Veb TV | 19:50
İqlim dəyişikliyi ciddi təhlükələrə yol açır

Ölkəmizdə bu il daşqınların sayı 102-ni keçib. Bununla da üçüncü "Qırmızı Kitab"ın həcmi artıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O, Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı iqlim dəyişikliyi nəticəsində ölkəmizdə meşə yanğınlarının, su ehtiyatlarının azalması kimi problemlərə də diqqət çəkib və bildirib ki, bu kimi hallar ciddi təhlükələrə yol açır.

Ekologiya Nazirliyi yanında ictimai şuranın üzvü  Rövşən Abbasov isə "Qırmızı Kitab"ın həcminin artımını müxtəlif səbəblərlə izah edib. Bildirib ki, iqlim dəyişiklikləri daha çox Azərbaycanın meşə resurslarına mənfi  təsir edir.

Rövşən Abbasov deyib ki, hətta qorunan ərazilərdə belə  heyvanların survarılması üçün xüsusi tədbirlər görülür. Azərbaycanın kifayət qədər "yaşıl enerji" layihələri mövcuddur. Şübhəsiz ki, Azərbaycanın COP29-a ev sahibliyi "yaşıl enerji"nin inkişafına və ətraf mühitin qorunmasına böyük töhfə verəcək. Qlobal səylər və qətiyyətli strategiya sayəsində bəşəriyyət bu böhrandan çıxıb, yaşıl dünyaya doğru addımlar atacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar