Xəzər Xəbər

Bakıda zəncirvari qəza – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 23:30 • 30 Sentyabr 2024
Bakıda zəncirvari qəza – TƏFƏRRÜATLAR

Gecə Bakıda zəncirvari ağır yol nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, qırmızı işıqda dayanan 3 avtomobilə arxadan gələn başqa bir nəqliyyat vasitəsi çırpılıb.

Hadisə Xətai rayonu, 8 noyabr prospektindən Həzi Aslanov qəsəbəsinə dönən küçə ilə kəsişmədə baş verib. Qəza zamanı sürücülərdən biri dünyasını dəyişib.

Hadisə nəticəsində digər nəqliyyat vasitələrinə arxadan çırpılan avtomobilin sürücüsünün qolu sınıb.

Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, vəfat edən şəxs, "Chevrolet" markalı avtomobilin 47 yaşlı sürücüsü olub.

Qəzada yaralanan 33 yaşlı sürücü Şabənəli Qurbanəliyev isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti