Xəzər Xəbər

Binəqədi rayonu ərazisində vulkanlıq ərazidə insanlar necə məskunlaşıb? – Rəsmi AÇIQLAMA VİDEO

Veb TV | 21:50 • 30 Sentyabr 2024
Binəqədi rayonu ərazisində vulkanlıq ərazidə insanlar necə məskunlaşıb? – Rəsmi AÇIQLAMA

Paytaxtın Binəqədi rayonu ərazisində vulkanlıq olan zonada yaşayış yerləri var.

Xezerxeber.az xatırladır ki, bir neçə il əvvəl də həmin palçıq vulkanında püskürmə hadisəsi baş vermişdi.

Burada məskunlaşanlar isə məcburi köçkünlərdir. Onların sözlərinə görə, ərazidə dəfələrlə vulkan püskürməsi hadisəsi baş verib.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, uzun illər adıçəkilən ərazidə mühafizə zolağından kənarda əsasən məcburi köçkünlər məskunlaşıblar.

Hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri davam edir. Ölkənin müxtəlif ərazilərində məskunlaşmış bütün məcburi köçkünlər kimi "Keyrəki" vulkanı ətrafında yaşayan məcburi köçkünlər də işğaldan azad edilmiş ərazilərə köçürüləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti