Xəzər Xəbər

COP29-la bağlı kirayə mənzillər 2500 manata təklif olunur VİDEO

Veb TV | 21:15 • 30 Sentyabr 2024
COP29-la bağlı kirayə mənzillər 2500 manata təklif olunur

COP29 la bağlı ölkəyə gələn qonaqların yerləşdirilməsi üçün Bakıdakı bəzi fərdi mənzillərin kirayə götürülüb.

Xezerxeber.az xəbər verir ki, kirayə qiymətləri isə 1000-2500 manat arasında dəyişir.

Ekspertlər bildirirlər ki, hotellərin iştirakçı qonaqları qarşılamaq potensialı var. Lakin nəzərdə tutulandan əlavə qonaqların yerləşdirilməsi, eyni zamanda xidmət səviyyəsinin yüksəldilməsi üçün dövlət tərəfindən fiziki və hüquqi şəxslərin əmlaklarının kirayələnməsi həyata keçirilir. Bu səbəbdən də şəhərətrafında yaşayan vətəndaşlar öz mənzillərini kirayə vermək üçün aktiv şəkildə elanlar yerləşdirirlər.

Əmlak eksperti Elnur Azadov bildirib ki, dünya təcrübəsində də mövcud olan sub-icarələr beynəlxalq turizm şirkətləri tərəfindən həyata keçirilir. Kirayə mənzil qiymətləri isə otaqların sayına və yerləşmə trayektoriyasına uyğun olaraq 10 gün üçün 1000 manatdan 2500 manatadək dəyişir.

Ekspert onu da vurğulayıb ki, alternativ variantlar kimi istifadə olunacaq kirayə mənzillər müəyyən standartlara cavab verməlidir. Buna görə də, qiymət dəyişimi yalnız premium yaşayış komplekslərində və şəhər mərkəzinə yaxın premium təmirli mənzillərdə hiss edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar