Xəzər Xəbər

Onlayn dələduzluq əməlləri sürətlə yayılır XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 21:27
Onlayn dələduzluq əməlləri sürətlə yayılır

"Linkə daxil olaraq aşağı faizlə kredit götürə bilərisiniz. Mən özüm də bu krediti götürmüşəm".

Xezerxeber.az-ın məlumatına görə, son zamanlar sosial şəbəkələrdə bu cür təkliflər geniş yayılmaqdadır.

Bəs bu təkliflər nə dərəcədə həqiqətə uyğundur?

İnformasiya texnologiyaları üzrə mütəxəsis Araz Mustafa deyir ki, vətəndaşlar belə vədlərə inanmasınlar. Çünki bu cür yollarla dələduzluq əməlləri törədirlər.

Həmin dələduzlar insanların profillərini ələ keçirmək üçün də inandırıcı saxta profillər yaradırlar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, həmin şəxslər bankların loqolarından da istifadə edirlər.

Nurlan Əliyev onu da bildirib ki, linklərə keçid edərək həm şəxsi, həm də bank kartı məlumatlarını heç kəslə bölüşmək olmaz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar