Xəzər Xəbər

İsmayıllıda yeni quraşdırılan sayğaclarda su sızmaları yaranıb VİDEO

Veb TV | 19:50
İsmayıllıda yeni quraşdırılan sayğaclarda su sızmaları yaranıb

İsmayıllıda yeni çəkilən su xətlərinə quraşdırılan sayğaclarda su sızmaları var. Hazırda kranlardan su əvəzinə hava gəlir. 

Xezerxeber.az-ın məlumatına görə, İsmayıllıda 2 kəndə yeni su xətləri çəkilib, amma sayğaclarda yaranan sızma sakinləri çətin vəziyyətdə qoyub.

Rayonun Uştal-Soltankəndi və Hacıhətəmli kəndlərində 1 və 2 nömrəli içməli su anbarı inşa olunub, yeni su sayağacları quraşdırılıb. Lakin kəndlərdə quraşdırılan su sayğaclarının bəzilərində  su sızmaları baş verib.

Sakinlər hələ ki, sudan faydalana bilmədiklərini deyirlər. İçməli suyun fasilələrlə verilməsi onlara  çətinliklər yaradır. 

Sözügedən kəndlərdə tikinti işlərini həyata keçirən "Meba” MMC-nin Hacıhətəmli kəndi üzrə sahə rəisi Asif  Əliyev “Xəzər Xəbər”ə bildirib ki, Uştal və Hacıhətəmli kəndində həcmi 600 m3 olan su anbarı inşa edilib. Tikinti başa çatdıqdan sonra anbarın yuyulması və test prosesləri başlayıb. Test prosesi zamanı abonentlərə çıxış xəttinin üzərində olan bəzi sayğaclarda və su xətdində su sızıntısı ola bilər. Test prosesi zaman hər hansı bir qəza baş verərsə qəza həmin gün aradan qaldırılır. Hazırda anbar su ilə doludur, işlək vəziyyətdədir və təchizata tam hazırdır. Sakinlərə suyun fasilə ilə verilməsi müvəqqətidir. Test prosesi başa çatdıqdan sonra kənd sakiləri fasiləsiz içməli su ilə təmin ediləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar