Xəzər Xəbər

Sabunçuda hər anı təhlükə olan binada ailələr qorxaraq yaşayır – “Divarları çürüyüb” VİDEO

Veb TV | 21:50 • 28 Sentyabr 2024
Sabunçuda hər anı təhlükə olan binada ailələr qorxaraq yaşayır – “Divarları çürüyüb”

Kənardan istismarı bitdiyi üçün tərk edilən qəzalı binaya bənzəsə də, bu ikimərtəbəli evlərdə yaşayanlar var...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əli Kərim 48 ünvanında yerləşən bu iki binada xeyli ailə yaşayır.

Sakinlər deyirlər ki, ötən əsrin 50-cı illərində inşa edilən 2 mərtəbəli binalar taxtadan tikildiyi üçün divarları belə çürüyüb.

Sakinlərin əksəriyyəti binanın bu vəziyyətinə görə başqa ünvanlarda kirayə mənzildə yaşayır.

Sözügedən məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Əli Kərim küçəsi 46 və 48 ünvanlarında yerləşən bu 2 yaşayış binası 1955-ci ildə inşa olunub.

Həmin tikililərin qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq aktı yoxdur. Buna baxmayaraq hər iki binanın texniki göstəriciləri haqqında məlumatlar Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısının "Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiya edilməsi və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi" haqqında 25 aprel 2022-ci il tarixli Sərəncamına əsasən aidiyyəti üzrə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti