Xəzər Xəbər

Bakıda boya istehsalı sexində yanğın baş verib VİDEO

Veb TV | 21:12
Bakıda boya istehsalı sexində yanğın baş verib

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən 3500 kvadratmetr ərazini əhatə edən boya sexində yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı boya çənləri, qatqı materialları, plastik qablar və obyektdə olan avtomobillər yanıb.

Obyektdəki yanan məhlullara görə miqyası böyüyən yanğın ətraf ərazilərə də keçib.

Obyektdə çalışanların verdiyi məlumata görə, yanğına səbəb qısaqapanma olub.

Yanğınla bağlı 3 saylı çağırış elan olunub, 12 yanğınsöndürən avtomobil hadisə yerinə cəlb edilib.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib. Baş verən hadisə ilə bağlı biri qadın və biri kişi olmaqla 2 nəfər şəxs tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstələrə  zəruri ilkin tibbi yardım xidmətləri göstərilib, vəziyyətləri orta-ağırdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar