Xəzər Xəbər

Zaqatalada sel sulari evlərə və həyətlərə doldu – Təsərrüfatlara xeyli ziyan dəydi VİDEO

Veb TV | 22:30 • 26 Sentyabr 2024
Zaqatalada sel sulari evlərə və həyətlərə doldu – Təsərrüfatlara xeyli ziyan dəydi

Ötən gün axşam saatlarından başlayan leysan Zaqatalada bir sıra fəsadlar törədib.

Xezerxeber.az xəbər verir ki, sel suları Zaqatala-Qax yolunun Muxax kəndindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.

Rayonun dağlıq və dağətəyi yaşayış məntəqələri olan Yuxarı Çardaqlar və Muxax kəndlərində sel suları bir sıra həyətyanı sahələri basıb. 10 -dan çox evin birinci mərtəbəsinə və zirzəmisinə su dolub, bəzi kənddaxili yollara ziyan vurub. Sel Muxax kəndində mişar daşından tikilmiş hasarın bir hissəsini uçurub, xeyli ev quşunu aparıb. 

Aidiyyəti qurumların nümayəndələri fəsadların aradan qaldırılması məqsədilə ərazilərə cəlb edilib, təmir-bərpa işləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar