Xəzər Xəbər

Sabiq xarici işlər naziri Ermənistanın Azərbaycana necə təzminat verə biləcəyini AÇIQLADI VİDEO

Veb TV | 22:00 • 26 Sentyabr 2024
Sabiq xarici işlər naziri Ermənistanın Azərbaycana necə təzminat verə biləcəyini AÇIQLADI

Ermənistan öz siyasi və maddi məsuliyyətini qəbul etməlidir. Eyni zamanda Azərbaycan vətəndaşlarının da hüquqları var ki, işğal nəticəsində onlara dəymiş ziyanlarla bağlı müxtəlif məhkəmə instansiyalarına müraciət etsinlər.

Xezerxeber.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında hazırda sülhlə bağlı çərçivə sazişi ilə əlaqədar danışıqlar aparılır. Bunun ardınca isə humanitar məsələlər aktual mövzuya çevrilir. Ermənistan Azərbaycana qarşı rəsmən ərazi iddiaları irəli sürüb, torpaqları işğal edib. Ölkənin ərazisində etnik təmizləmə aparılıb, dağıntılara yol verilib, dövlət, insanlara ziyan dəyib. Danışıqlar yolu ilə Ermənistan dövlət olaraq öz məsuliyyətini qəbul edərək Azərbaycana təzminat ödəyə bilər.

Sabiq xarici işlər naziri qeyd edib ki, əgər Ermənistan danışıqlar yolu ilə təzminat ödəməyi qəbul etməsə, Azərbaycan dövləti Ermənistanı beynəlxalq məhkəməyə verə bilər. Tofiq Zülfüqarov söyləyib ki, əgər birbaşa danışıqlar olarsa, ərazi kompensasiyası da daxil, müxtəlif qərarlar qəbul edilə bilər.

Başqa sözlə, Ermənistan görsə ki, tələb olunan təzminat məbləği böyükdür, danışıqlar vasitəsi ilə torpaq kompensasiyası gündəmə gələ bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti