Xəzər Xəbər

Özəl klinikada əməliyyatdan sonra dünyasını dəyişən 67 yaşlı kişi həkim səhvinin qurbanı olub? VİDEO

Veb TV | 21:25 • 26 Sentyabr 2024
Özəl klinikada əməliyyatdan sonra dünyasını dəyişən 67 yaşlı kişi həkim səhvinin qurbanı olub?

Bakıda özəl klinikaların birində cərrahi əməliyyat olunan 67 yaşlı kişi bir neçə saat sonra həyatını itirib.

Ailəsinin “Xəzər Xəbər”ə bildirdiyinə görə, iki gün əvəl Bayramov Şirvan Seyidəli oğlu "aşağı ətraf arteriyalarının aterosklerozu" diaqnozu ilə "Baku City Hospital"a yerləşdirilib. Elə həmin gün xəstədə "Angio"plastika əməliyyatı icra olunub. Həyat yoldaşı Tamella Bayramova iddia  edir ki, 1 gün sonra onlara  Şirvan Bayramovun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat verilib. Ailə hospitala  çatdıqda onun keçindiyini bildiriblər.

Tammela Bayramova iddia edir ki, 10 gündən sonra özünü gümrah hiss edən Şirvan Bayramov həkimin təkidi ilə ikinci əməliyyata cəlb olunub.

Onun sözlərinə görə, həyat yoldaşı ikinci əməliyyatdan əvvəl yenidən müayinə olunmayıb. Buna görə də ailəsi iddia edir ki, ölümün səbəbi həkim səhlənkarlığının nəticəsidir.

Hadisənin təfəürratlarını öyrənmək üçün "Baku City Hospital" da olduq. Bildirildi ki, cərrah Ruslan Əliyev iclasda olduğu üçün danışa bilməyəcək. O da bildirildi ki, Şirvan Bayramovun ölüm səbəbi əməliyyatdan sonra ürək ritminin bəpa edilə bilməməsi olub.

Baş prokurorluqdan isə bildirildi ki, ailəsi Şirvan Bayramovun ölümü ilə bağlı prokurorluq orqanlarına müraciət etməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar