Xəzər Xəbər

Kiberhücumlardan necə qorunmalıyıq? VİDEO

Veb TV | 19:34 • 25 Sentyabr 2024
Kiberhücumlardan necə qorunmalıyıq?

Son zamanlar şəxsi məlumatların oğurlanması, bank hesablarının ələ keçirilməsi və hesablardan pul oğurlanması kimi hallar artıb.

Xezerxeber.az-ın məlumatına görə, ölkədə fəaliyyət göstərən şirkətlərdən birinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə bu ilin yanvar-mart ayları ərzində istifadəçilərin 49,37%-i kibertəhlükələrlə üzləşib.

Hücumlar ən çox bank məlumatlarına və ya maliyyə institutları ilə əlaqəli digər məxfi məlumatlara çıxış əldə etmək məqsədilə həyata keçirilib.

İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki, son dövrlər kibercinayətkarlar kiberhücumların effektivliyini artırmaq üçün kompleks yanaşmalardan istifadə edirlər. Konkret bir şəxsə yönəlmiş tələlər ünsiyyəti daha inandırıcı edir və cinayətkarların aşkarlanmasını çətinləşdirir.

Osman Gündüz hesab edir ki, şirkətlər müştəri və əməkdaşların məlumatlarının qorunmasını təmin etmək üçün bir sıra tədbirlər görməlidir. Təhlükəsizliyi təmin etmək üçün ən əsası məlumatların qorunması standartını qəbul etməli, antivirus proqramlarından istifadəyə üstünlük verməli, şəxsi məlumatları açıq şəkildə saxlamamlıdır. İşdən çıxan əməkdaşları da daxili çatlardan və verilənlər bazasıdan çıxarmalı, ikifaktorlu identifikasiya tətbiq etməlidir.

Mütəxəssisin sözlərinə görə, artan kibertəhlükələr fonunda insan risklərini idarə etmək, məqsədyönlü təhlükəsizlik proqramları yaratmaq vacibdir. Hətta bir sıra şirkətlər və vətəndaşlar şəxsi məlumatlarının təhlükəsizliyi baxımından məhkələrə müraciət edirlər. Bununla da bank hesablarının və şəxsi məlumatlarının tam qorunması üçün aidyyəti müəssisənin məsuliyyətinin artırılmasına istiqamətlənirlər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nurlan Həsənovovun sözlərinə görə, ölkədə kibertəhlükəsizliyin qorunması üçün hüquqi baza mövcuddur. Buna baxmayaraq, kiberhücumlarla bağlı problemlər hələ də qalmaqdadır.

Qeyd edək ki, kibertəhlükələrlə qarşılaşan istifadəçi sayına görə Rusiya dünyada birinci yerdə olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar