Xəzər Xəbər

Hepatit daşıyıcıları hərbi xidmətə aparılmırlar? VİDEO

Veb TV | 19:51
Hepatit daşıyıcıları hərbi xidmətə aparılmırlar?

Hepatit B və Hepatit C viruslarına yoluxmuş şəxslərin hərbi xidmətə yararlı olub-olmaması son günlərdə müzakirə mövzusuna çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan həkim-terapevt Rasif Bağırov deyir ki, adi ünsiyyət zamanı bu virus bir şəxsdən digərinə keçə bilməz. Yəni adi ünsiyyətlə hərbçilər arasında da yayılma riski olmadığından hepatitli şəxslər hərbi xidmətə yararlı sayılırlar.

Amma Rasif Bağırov onu da əlavə edib ki, Hepatit B və Hepatit C kimi yoluxucu xəstəliklərin daşıyıcısı olan şəxslər hərbi xidmət zamanı xüsusi diqqətdə saxlanılmalıdırlar.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Xəzər Xəbər"ə bildirdi ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Bu müddət bitdikdən sonra isə xidmətə çağırılırlar. Yəni bu xəstəliklərin daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar