Xəzər Xəbər

Çeçenistandan qaytarılan Azərbaycan vətəndaşları "Xəzər Xəbər"ə DANIŞDI VİDEO

Veb TV | 22:30 • 24 Sentyabr 2024
Çeçenistandan qaytarılan Azərbaycan vətəndaşları "Xəzər Xəbər"ə DANIŞDI

 Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə gətiriliblər...

Xezerxeber.az xəbər verir ki, Tovuz rayon Əlibəyli kənd sakinləri - 49 yaşlı Elxan Şirinovun, 42 yaşlı Vüqar Məhərrəmovun, 20 yaşlı Nihad Rzayevin Rusiya ilə dövlət sərhəd-keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib.

May ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilən həmin şəxslər baş verənləri "Xəzər xəbər"ə danışıblar.

Həmin şəxslərin ölkəmizə geri qaytarılmaları məqsədilə Rusiya Xarici İşlər Nazirliyinə nota ünvanlanmış, Rusiya Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla danışıqlar aparılmışdı. Onlar bu istiqamətdə aparılan işlərə, göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, təqribən bir ay bundan əvvəl Çeçenistanda saxlanılan adları çəkilən vətəndaşlarımızın ikisinin Ukraynada müharibəyə göndərilmək məqsədilə Qroznıda təlimlərə cəlb olunduqları barədə xəbərlər yayılmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti