Xəzər Xəbər

Sağlamlıq imkanları məhdud olan qızcığazın sosial müavinəti niyə kəsilib? VİDEO

Veb TV | 22:20 • 24 Sentyabr 2024
Sağlamlıq imkanları məhdud olan qızcığazın sosial müavinəti niyə kəsilib?

9 yaşlı Gülay Əliyevanın sağlamlıq imkanları məhduddur. Ailəsi ilə Tovuzun Aran Şamlıq kəndində yaşayan balacanın sol ayağı digər ayağından gödəkdir.

Anadangəlmə problemə görə 2020-ci ildən sosial müavinət alan Gülayın əlillik müddəti bitdiyinə görə təkrar əyani müayinəyə cəlb edilib və lazımı sənədlər müvafiq qaydada sistemə yüklənib. Lakin bir neçə dəfə müraciət edilsə də ailə həmişə imtina cavabı ilə üzləşib.

Lakin forma 88 doldurulmağına baxmayaraq onlara imtina cavabı gəlib. 8-7 aydır  uşağın pensiyası  kəsilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Xəzər Xəbər”in mövcud problemlə bağlı sualına cavab olaraq bildirdi ki, uşaq yenidən əyani müayinəyə cəlb olunacaq. Nəticədən asılı olaraq əlillik dərəcəsinin təyin olunması ilə bağlı müvafiq  qərar veriləcək.

Gülayın valideynləri onu da bildirir ki, əlilliyin müddəti bitib yenidən bərpa edildikdən sonra müavinətin alınmadığı aylar üçün də sosial kompensasiya məbləği də ödənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti