Xəzər Xəbər

Şəmkirdə bədbəxt hadisə... – 3 nəfər elektrik cərəyanı vurması nəticəsində ÖLDÜ VİDEO

Veb TV | 22:05 • 24 Sentyabr 2024
Şəmkirdə bədbəxt hadisə... – 3 nəfər elektrik cərəyanı vurması nəticəsində ÖLDÜ

İstixanada təsərrüfat işləri ilə məşğul olan 3 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Şəmkirin Könüllü kəndində baş verib.

Hadisə zamanı ölən Əkbər Bağırov və İsmət Məmmədov Şəmkir, Adil Böyükkişiyev isə Ağstafa rayon sakinidir. Məlumata görə, onların daşıdıqları nərdivan kənddəki istixanalarda polietilen örtüklərin dəyişdirilməsi zamanı istifadə olunub.

Ölən şəxslərin yaxınları deyirlər ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti