Xəzər Xəbər

Sahibsiz itlər Xırdalanda sakinlərə təhlükə yaradır VİDEO

Veb TV | 21:40 • 24 Sentyabr 2024
Sahibsiz itlər Xırdalanda sakinlərə təhlükə yaradır

Xırdalanda "AAAF park"da yaşayan bir qrup sakin sürü halda gəzən sahibsiz itlərin əlindən təngə gəldiklərini deyirlər.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ehtiyatla gəzirlər ki, heyvanlar sürü halında onlara hücum eləməsin.

Görüntülər Xırdalan şəhərindəki "AAAF Park" yaşayış kompleksinin ərazisindəndir. Sakinlər bildirirlər ki, son zamanlarda Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları artıb. Ətraf yaşayış massivlərindən rayon ərazisinə axın edən sahibsiz itlər hər kəsə hücum edir.

Mövcud vəziyyətlə bağlı əraziyə cavabdeh olan "AAAF Park" yaşayış kompleksinə müraciət etdik. Lakin kompleksin məsul şəxsləri sullarımıza cavab verməkdən imtina etdilər. Abşeron rayon İcra Hakimiyyətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, yaxın zamanlarda problem köklü şəkildə həll ediləcək.

Belə ki, sahibsiz heyvanlar üçün ayrılmış ərazidə xüsusi sığınacaq tikiləcək və onların hər biri oraya yerləşdiriləcək.

Xəbər lenti