Xəzər Xəbər

“Hər şey bir zənglə başlayıb”… - Polisin gecə əməliyyatının DETALLARI VİDEO

Veb TV | 20:30
“Hər şey bir zənglə başlayıb”… - Polisin gecə əməliyyatının DETALLARI

Gecə yarısı polislə narkotik maddə satmaqda şübhəli bilinən şəxslər arasında silahlı insident olub.

Xezerxeber.az xəbər verir ki, bir nəfərin yaralandığı hadisə paytaxtın Yasamal rayonu Zivər Bəy Əhmədbəyov küçəsində baş verib.

Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirilib ki, əməliyyat gecə saat 03:44-radələrəində keçirilib. Hər şey isə bir zənglə başlayıb.

Polislər tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunan Bəxtiyar İsmayılov və Əjdər Əjdərov saxlanıblar. Ayağından xəsarət alan Əjdər Əjdərov xəstəxanaya yerləşdirilib.

Polisdən verilən məlumata görə, avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, pisixotrop maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar