Xəzər Xəbər

ADY tarif siyasətinə bir sıra dəyişikliklər edib - Gediş haqqı qiymətləri necə olacaq? VİDEO

Veb TV | 21:25 • 23 Sentyabr 2024
ADY tarif siyasətinə bir sıra dəyişikliklər edib - Gediş haqqı qiymətləri necə olacaq?

Sürət qatarlarında gediş haqqı qiyməti artırılır. Bakıdan Sumqayıta gedən sərnişinlər artıq 1 manat 20 qəpik ödəməli olacaqlar.

Bunu Azərbaycan dəmir yollarının sərnişin daşınmaları tepartamentinin rəisi Azər Fərəcov bildirib. O qeyd edib ki, tarif siyasətinə bir sıra dəyişikliklər ediləcək. Belə ki, sentyabr ayının 25dən etibarən qiymətlər 10-20 qəpik artacaq.

Departament rəisi həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçiləcəyini də bildirib. Belə ki, Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Artıq səfərə 30-25 gün qalmış bilet əldə edənlərə endirim tətbiq ediləcək.

Azər Fərəcov qatarlarda internet şəbəkəsinin tətbiqi məsələsindən də danışıb. Bildirib ki, bu gündən etibarən bir sıra vağzal və stansiyalara ödənişsiz "WİFİ" şəbəkəsi qurulub. Artıq sərnişinlər Bakı, Koroğlu, Bakıxanov, Sabunçu, Pirşağı, Sumqayıt, Goran, Gəncə, Ağstafa və Qəbələ stansiyalarında bu xidmətdən yararlanaraq gözləmə vaxtını daha səmərəli keçirə bilərlər.

O da qeyd olunub ki, yeni tədris ilindən Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla gündəlik rekord sayda - təqribən 37 min sərnişin daşınır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti