Xəzər Xəbər

Gələn ildən əməkhaqqı və pensiyalar nə qədər artırılacaq? VİDEO

Veb TV | 21:21
Gələn ildən əməkhaqqı və pensiyalar nə qədər artırılacaq?

Gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq.

Bunu VII çağırış Milli Məclisin bugün keçirilən ilk iclasında çıxış edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, son beş il ərzində ölkədə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Artıq gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılması ilə bağlı göstəriş verilib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, parlament qarşısında bir sıra prioritet məsələlər qoyulub. Onlardan da ən önəmlisi əhalinin sosial rifahının  artırılmasıdır. Bu məqsədlə də özəl və dövlət sektorlarında minimum əməkhaqqının və pensiyaların yenidən artırılması nəzərdə tutulur.

Komitə sədri onu da bildirib ki, dövlət və özəl sektorlarda çalışan işçilərin əməkhaqları büdcə sənədlərinin palamentə daxil olmasından sonra müəyyən ediləcək.

Millət vəkili gələn ildən pensiyaların sığorta hissələrində də 10 faiz artımın olacağını bildirib.

Sığorta hissəsinin artımı isə builki orta aylıq əməkhaqqının artım faizinə uyğun hesablanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar