Xəzər Xəbər

Gəncədə mənzildə partlayış – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:15
Gəncədə mənzildə partlayış – TƏFƏRRÜATLAR

Qaz sızması partlayışa səbəb olub.

Xezerxeber.az xəbər verir ki, hadisə səhər saatlarında Gəncədə, N.Nərimanov küçəsində yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsindəki ikiotaqlı mənzildə baş verib. Hadisə zamanı evdə tək yaşayan 84 yaşlı Pavlina Orucova yanıq xəsarətləri alıb. Əraziyə yanğınsöndürənlər və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Hadisə zamanı qonşu mənzillər zərər görməsə də, partlayış baş verən mənzilə ciddi ziyan dəyib.

Mənzildə tək olan 84 yaşlı qadını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas ediblər və ona tibbi yardım göstərilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar