Xəzər Xəbər

Yeni dələduzluq növü - Ev telefonlarına ZƏNG EDƏRƏK... VİDEO

Veb TV | 21:25
Yeni dələduzluq növü - Ev telefonlarına ZƏNG EDƏRƏK...

Ahıl yaşlı xanıma zəng edərək nəvəsinin səs tonu ilə danışıb 16 min dollar istədilər...

Xezerxeber.az xəbər verir ki, Bakı şəhər sakini Kəvakib Qasımovanın sözlərinə görə, o, edilən zəngə inanıb və çox həyəcan keçirib.

Ailənin digər üzvləridən biri telefonu götürərək məsələni aydınlaşdırmaq istəyib. Bir müddət danışdıqdan sonra onların dələduz olduğunu anlayıb.

Hadisə zamanı evdə internet işləməyib. Vətəndaşlar iddia edir ki internet xidmətini dayandıran  məhz həmin kiberdləduzlar olub. Hadisədən sonra aidiyyəti qurumun müdaxiləsi nəticəsində xidmət bərpa edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, son zamanlar kiberdələduzlar vətəndaşlar haqqında məlumat məlumat toplayaraq onlardan istifadə edirlər.

Nazirlikdən o da qeyd edildi ki, vətəndaşlar bu cür hallarda daha diqqətli olmalı və tanımadığı insanlara inanmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar