Xəzər Xəbər

Ev kirayələmək üçün beh verdi, həm evdən, həm də pulundan oldu – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 20:55 • 22 Sentyabr 2024
Ev kirayələmək üçün beh verdi, həm evdən, həm də pulundan oldu – TƏFƏRRÜATLAR

Ev kirayələmək üçün əvvəlcədən beh göndərdi, daha sonra  həm evdən, həm də pulundan məhrum oldu...

Xezerxeber.az-ın xəbərinə görə, Yevlax rayon sakini Məleykə Süleymanova iddia edir ki, elan saytlarının birində kirayə ev üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb. O, evin başqa şəxsə satılmaması üçün əvvəlcədən elan sahibinə ödəniş də edib. Lakin Məleykə Süleymanova  ödənişi etdikdən sonra elan sahibi təfindən aldadıldığını deyir.

Zərərçəkən Məleykə Süleymanovanın sözlərinə görə, elan üçün qadınla əlaqə saxlasa da daha sonra nömrənin həmin şəxsə aid olmadığı məlum olub

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki,  bəzi işbazlar saytlarda daşınmaz əmlakların satışı və kirayəsi ilə bağlı elanlar yerləşdirilir və həmin elanlar nəticəsində müştərilər mənzilləri tapırlar. Lakin bu saytlarda yerləşdirilən elanların bəziləri həqiqəti əks etdirmir.

Nazirlik vətəndaşlara bu tip elanlarla qarşılaşdıqda diqqətli olmağı, qeyd olunan problemlərlə üzləşməmək üçün evə yerində baxmağı və ev sahibi ilə danışdıqdan sonra ödəniş etməyi tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti