Xəzər Xəbər

DYP-dən piyadalara MÜRACİƏT VİDEO

Veb TV | 20:30
DYP-dən piyadalara MÜRACİƏT

Son həftə ərzində 9 piyadavurma hadisəsi baş verib. Nəticədə də 6 nəfər dünyasını dəyişib, 3 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında baş verib.

Baş Dövlət Yol Polisi İdarəsi hadisələrlə bağlı piyadalara müraciət də edib. Bildirilib ki, bu cür hadisələrin sayının azallması sürücülərlə yanaşı, həm də piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşmasından asılıdır.

İdarə bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar