Xəzər Xəbər

Son zamanlar əhali arasında ölüm saçan qan dövranı probleminə qarşı nələrə diqqət edilməlidir? VİDEO

Veb TV | 21:45
Son zamanlar əhali arasında ölüm saçan qan dövranı probleminə qarşı nələrə diqqət edilməlidir?

Ötən il Azərbaycanda ölümlərin əsas səbəbi qan dövranı sistemi xəstəlikləri olub.

Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkə üzrə ölənlərin ümumi sayı 60 min 150 nəfər olub. Onların yarıdan çoxu, daha dəqiq desək, 33 min 183 nəfəri qan dövranı sistemi xəstəliklərindən vəfat edib.

Elmi-Tədqiqat Kordiologiya İnsitutunun böyük elmi işçisi Rasim Cəfərov deyir ki, son illər qan dövranı, sinir sistemi, ürək xəstəliklərinin yaş kateqoriyası xeyli cavanlaşıb.

Rasim Cəfərov qeyd edib ki, fiziki fəaliyyətin ürək-damar xəstəliklərinə faydası şübhəsizdir, lakin bu məsələdə bəzi məqamlara xüsusi diqqət etmək lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar