Yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib. Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə yol nişanları və işıqforlar quraşdırılıb.
Xezerxeber.az xəbər verir ki, Yasamal rayonu, Cəfər Cabbarlı və Əli bəy Hüseynzadə küçələrinin kəsişməsində sürücülər və piyadalarla bağlı yaranan təhlükəli vəziyyət aradan qaldırılıb.
Sürücülər deyir ki, görülən işlər nəticəsində kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb və növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirlib ki, ərazidə işıqfor quraşdırılması və yeni piyada keçidi çəkilməsi ilə yanaşı yolda dirəklərarası kabel-kommunikasiya xətlərində texniki işlər görülüb.
Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qarşılıqlı görülən işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yolun kənarında olan dəmir məhəccərlər götürülüb və yola piyada zolağı çəkilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.