Xəzər Xəbər

16 yaşında qanunsuz mərc oyunları və qumarda 100 min manat uduzan gəncin həyat hekayəsi VİDEO

Veb TV | 22:05 • 18 Sentyabr 2024
16 yaşında qanunsuz mərc oyunları və qumarda 100 min manat uduzan  gəncin həyat hekayəsi

Nicatın 30  yaşı var. Özünün təbirincə desək ömrünün ən gözəl illlərini öz  əlləri ilə kabusa çevirib. Futbolçu olmaq istəyib, amma asan pul qazanmaq həvəsi buna imkan verməyib. Qumar asılılığı onun arzularını yarıda qoyub. 16 yaşında mərc oyunlarının qurbanına çevrilən Nicat indi zülməti qurtuluşa çevirə bilib. Ömrünün 14 ilini zülmətə çevirən Nicat qurtuluşa gedən yolu da böyük əziyyətlə dəf edib:

Ailə üzvlərinin sevgisi və  dəstəyi ilə reablitasiya mərkəzinə gətirilən Nicat indi özü kimi gənclərin bu yoldan çəkinməsi üçün elə orada çalışır.

Digər bir həmsöhbətimiz isə ailəlilir, 3 övladı var, qumar asılılığından  əziyyət çəkdiyi üçün hazırda reabilitasiya mərkəzində müalicə alır. Deyir  ki, bu asılılıq onu intihar həddinə gətirib.

Qumarın qurbanınına çevrilmiş insanların sayı bu reabilitasiya mərkəzində nə birdir, nə beş...

Mərkəzdə həmin şəxslərin hər birinə fərdi yanaşılır, mütəxəssislər asıllılıq bəlasından müxtəlif yaş kateqoriyasına daxil olan bu  insanları qurtarmaq üçün əllərindən gələni edirlər. Mərkəzin təsisçisi və rəhbəri Ceyhun Salmanov qeyd edib ki, bu gün iqromaniya narkomaniyadan daha ciddi bəlaya çevrilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar