Xəzər Xəbər

COP29 zamanı nəqliyyat sxemində nələr nəzərdə tutulur? VİDEO

Veb TV | 21:05 • 18 Sentyabr 2024
COP29 zamanı nəqliyyat sxemində nələr nəzərdə tutulur?

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək.

Xezerxeber.az xəbər verir ki, məqsəd tədbirin keçiriləcəyi tarixlərdə vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirilməsi məqsədilə əlçatan və rahat alternativlərin təmin edilməsidir.

Həmçinin, böyük ziyarətçi axının effektiv şəkildə idarə edilməsi, eləcə də konfrans tarixlərində paytaxtda qonaqların və şəhər sakinlərinin rahat hərəkətinin təmin edilməsi məqsədilə icrası planlaşdırılan tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra mərkəzi küçələrində xüsusi COP29 nəqliyyat zolaqlarının salınmasına başlanılıb.

Belə ki, bu qovşaqların strateji yerləşməsi istər qonaqların, istərsə də şəhər sakinlərinin müxtəlif növ nəqliyyat vasitələrinə rahat və maneəsiz çıxışını və təyinat nöqtəsinə rahat çatmaları üçün sərf edilən zamanı minimallaşdıracaq.

Tədbir nəqliyyatı üçün ayrılan zolaqlardan digər nəqliyyat vasitələrinin hərəkəti barədə Dövlət Yol polisi idarəsindən bildirildi ki, konfransa qədər müvafiq yol nişanları quraşdırılmayan zolaqlardan bütün nəqliyyat vasitələri istifadə edə bilər, hələlik qeyd edilən zolaqlarda hərəkətə nəzarətlə bağlı hər hansısa göstəriş verilmədiyi üçün müvafiq cərimələr tətbiq edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024