Xəzər Xəbər

COP29-da hansı məsələlər müzakirə ediləcək? VİDEO

Veb TV | 21:00 • 18 Sentyabr 2024
COP29-da hansı məsələlər müzakirə ediləcək?

Qlobal istiləşmə 1.5 dərəcə də saxlanılmalıdır.

Xezerxeber.az xəbər verir ki, bu məsələ Beynəlxalq COP tədbirinin Bakıda baş tutacaq 29-cu sessiyasında müzakirə ediləcək mövzular arasındaprioritet məsələ olacaq.

Alimlər hesab edirlər ki, bu səviyyəni keçdikdə dünyamızda daha ciddi iqlim fəlakətləri baş verəcək. Dəniz səviyyəsinin artması, quraqlıq, sel və ekstremal hava hadisələri daha da güclənəcək. Bütün bunlar Paris İqlim Sazişini qlobal istiləşmənin qarşısını almaq üçün əməkdaşlıq platformasına çevirir. COP 29 təşkilat komisiyasının üzvü Firudin Tağıyevin sözlərinə görə, bu tədbirdə inkişaf etmiş böyük ölkələrin nümayəndələrinin aktiv iştirakı vacibdir. Hansıki, böyük sənaye müəssisələri olan inkişaf etmiş ölkələr elə qlobal istiləşmin artmasına daha çox təsir edənlərdir.

Qeyd olunub ki, COP29 çərçivəsində iqlim maliyyəsinin ədalətli şəkildə bölüşdürülməsi, maliyyə resurslarının inkişaf etməkdə olan ölkələrə yönləndirilməsi və qlobal səviyyədə iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi istiqamətində mühüm qərarlar qəbul ediləcək. Bu qərarlar, qlobal iqlim siyasətində ədalətli və davamlı bir sistemin qurulmasına töhfə verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar