Xəzər Xəbər

Bu yolda piyadalar üçün təhlükə var VİDEO

Veb TV | 21:12 • 17 Sentyabr 2024
Bu yolda piyadalar üçün təhlükə var

Bakının Sabuncu rayonu, Ramana qəsəbəsi, 2 -ci sahə, Əsəd Əsədov küçəsində piyada zolağı olmadığından sakinlər yolu keçməkdə çətinlik çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, küçənin ən işlək hissəsi məhz buradır. Lakin piyada zolağı avtobusların dayanacağının yaxınlığında deyil, uzaq məsafədə çəkilib.

Vətəndaşların sözlərinə görə, zolağın olmaması yolda qəzalara səbəb olur. Xüsusilə axşam saatlarında piyadavurma halları artıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki əraziyə baxış keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar