Bakıda son illər daşınmaz əmlakın kəskin bahalaşması fonunda kiçik həcmli mənzillərə tələbat artıb.
Xezerxeber.az-ın məlumatına görə, 2,3 və 4 otaqlı mənzillərin qiymətinin həddindən artıq yüksək olması, nisbətən ucuz təklif edilən 1 otaqlı, az kvadratlı evlərin satışını sürətləndirib.
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda mərkəzi ərazilərdə, yeni tikili binalarda 3 və 4 otaqlı mənzillərin qiyməti 250 min manatdan başlayaraq, ortalama 600-700 min manat arasında dəyişir.
Son illər əmlakların kreditlə satılması imkanlarının artması, həmçinin güzəştli ipotekanın maksimum məbləğinin 100 min manata olması bu kimi mənzillərin satışını artırıb.
O da bildirildi ki, artıq MTK-lar da kiçikhəcmli mənzillərə tələbatın çoxluğu səbəbindən bina tikərkən buna xüsusi diqqət yetirir və nisbətən kiçik həcmli evlərin sayını çox edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.