Bakıdakı Zığ gölü baxımsız və çirkli vəziyyətdədir. Gölün ətrafında antisanitar vəziyyət hökm sürür.
Xezerxeber.az-ın məlumatına görə, 10 ildən çoxdur ki, Zığ gölünün abadlaşdırılması ilə bağlı məsələ gündəmdədir. Layihəyə əsasən, ərazidə torpaqlanma işləri aparılmalı, neftlə çirklənmiş ərazi təmizlənməlidir.
Ekoloq Qəmzə Yusubova deyir ki, göl antropogen təsirlər nəticəsində bu hala düşüb.
Onun bildirdiyinə görə, abadlaşdırılma işləri kompleks şəkildə həyata keçirilməlidir.
Zığ Bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, tədbirlərin görülməsi planlaşdırlıb. Ancaq bu işə Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, Zığ gölünün bərpası üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb. Hazırda sözügedən sənəd layihələrinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması prosesi həyata keçirilir. Eyni zamanda sözügedən sənədlərin ekpertizasını həyata keçirmək üçün beynəlxalq məsləhətçi şirkət cəlb olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.