Bu gün səhər saatlarında Bakı səhərində ağır tıxac olub. Ən böyük tıxac isə Xətai rayonu, 8 Noyabr prospektində müşahidə olunub.
Xezerxeber.az-ın məlumatına görə, uzun tıxac məktəbə və işə gedənlərin işini çətinləşdirib.
Hərəkət olmadığından bəzi avtobus sürücüləri və sərnişinlər nəqliyyat vasitələrini tərk ediblər.
Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda 8 Noyabr prospektində təmir işləri aparılır, tıxac da bununla əlaqədardır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, tıxacın aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.
Qeyd edək ki, səhər saatlarında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Ramiz Quliyev küçəsinin 8 Noyabr prospekti ilə kəsişməsində yolun qısamüddətli bağlandığını bildirmişdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.