Xəzər Xəbər

Taksi sürücüləri və sahibkarlara avtobus zolağına daxil olması ilə bağlı güzəştlər edilə bilərmi? VİDEO

Veb TV | 21:50 • 16 Sentyabr 2024
Taksi sürücüləri və sahibkarlara avtobus zolağına daxil olması ilə bağlı güzəştlər edilə bilərmi?

Avtobus zolaqlarına digər avtomobillərin girişi qadağan olunduğundan fərdi avtomobillərin, taksilərin, yük avtomobillərinin bununla bağlı naeazılıqları var.

Xezerxeber.az-ın xəbərin əgörə, ekspert Ərşad Hüseynov avtobus zolaqları çəkilən küçələrin sayının artığını deyərək bildirir ki, Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində 26 küçə və prospektdə uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib.

Ərşad Hüseynov qeyd edib ki, yol hərəkəti qaydalarında bu məsələyə yenidən baxılmalıdır.

AYNA-dan isə bildirlib  ki, avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir.

Müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 67 232 dəfə avtobus hərəkət edir, 898 550 ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaaterialı təqdim edir.

Xəbər lenti