“Formula 1”-dən sonra bakinin yollarinda məhdudiyyətlər aradan qaldırılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli "Xəzər Xəbər"ə bildirdi ki, nəqliyyat vasitələrinin hərəkəti üçün gücləndirilmiş rejimdə işlər görülür.
Yollarda hərəkət tam bərpa olunanadək sürücülərdən diqqətli olmaq və tövsiyə edilən alternativ yollardan istifadə etmək xahiş olunur.
Xatırladaq ki, yarış həftəsində bağlı olan yolların bir çox hissəsi müəyyən saat aralıqlarında şəhərdəki tıxacların minimuma endirilməsi məqsədilə sürücülərin istifadəsi üçün açıq olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaaterialı təqdim edir.