Xəzər Xəbər

Rusiyada zorla Ukrayna ilə müharibəyə göndərilən azərbaycanlılar və valideynləri DANIŞDI VİDEO

Veb TV | 21:30 • 16 Sentyabr 2024
Rusiyada zorla Ukrayna ilə müharibəyə göndərilən azərbaycanlılar və valideynləri DANIŞDI

Çeçenistanda üç azərbaycanlının saxlanılaraq zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilir.

Xezerxeber.az xəbər verir ki, Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovun may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilir.

Saxlanılan şəxslərin  sözlərinə görə, orada hərbçilərin təzyiqi altında sənəd imzaladaraq onları Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.

Saxlanılan şəxslərin yaxınları da “Xəzər Xəbər”ə danışıblar. Onlar aidiyyatı qurumlardan kömək istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar