32 il sonra Şuşa şəhərində ilk Bilik Günü keçirilib.
Xezerxeber.az xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi tədbir məktəbəqədər yürüşlə başlayıb. Sonra Şuşa şəhər 1 nömrəli tam orta məktəbin qarşısında rəsmi tədbir start götürüb.
Nazir Emin Əmrullayev cari tədris ilində işğaldan azad edilən ərazilərdə açılacaq yeni məktəblərdən bəhs edib.
O, Qarabağ universiteti və bölgədə yaradılacaq peşə təhsil müəssisələri haqda da məlumat verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaaterialı təqdim edir.