Xəzər Xəbər

Yeni dərs ilinin başlaması gül mağazalarında canlanma yaradıb VİDEO

Veb TV | 20:07 • 15 Sentyabr 2024
Yeni dərs ilinin başlaması gül mağazalarında canlanma yaradıb

Yeni dərs ilinin başlaması ilə əlaqədar gül mağazalarında sıxlıq müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, mağazalarda “Bilik günü”nə özəl müxtəlif dekorlarda gül bağlamaları təklif olunur.

Elə müştərilər də daha çox məktəb ləvazimatları ilə bəzədilən gül bağlamalarına üstünlük verdiklərini deyirlər.

Satıcıların sözlərinə görə, sifarişlər ötən gündən başlayıb və xeyli artıb. Qiymət isə dizayn və ölçüyə görə dəyişir.

Ötən illərdən fərqli olaraq alıcılara mağazalarda bu il fərqli gül dəstələri də təklif olunur.

Satıcılar deyirlər ki, müştərilər artdığından "Bilik günü" ilə əlaqədar endirimlər də olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar